Türkiyə Super Liqasının 22-ci həftəsində əvvəlki axşam səfərdə Fatih Karagümrükə 1:0 hesabı ilə qalib gələn "Beşiktaş" baş məşqçi Önder Karaveli ilə qələbəsini davam etdirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, həm Super Liqada, həm də UEFA Çempionlar Liqasında 15-ci həftəyə qədər çox pis çıxış edən "Qara Qartal"da Sergen Yalçın istefa verib və yerinə U19-un baş məşqçisi Önder Karaveli gətirilib.

Kubokda dövrə vuran və liqadakı nəticələrindən sonra Superkuboku qazanan Karaveli ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Gəldiyi ilk matçda "Kayserispor"u 4-2 məğlub edən Karaveli, uzun müddətdir davam edən qələbə həsrətinə son qoyub.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə