"Qəbələ"də braziliyalı hücumçu

"Qəbələ"də braziliyalı hücumçu

“Qəbələ” heyitini yeni oyunçu ilə güclənidirb.

SİA xəbər verir ki, "qırmızı-qaralar" Avstriyanın “Admira Vakker” klubunun hücumçusu Patrikin keçidini həll edib.

Bu barədə Avstriya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı braziliyalı forvardın 1.5 il icarə əsasında “Qəbələ”də çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, Patrik 2021-ci ilin yayında “Admira Vakker” klubuna transfer olunub. O, bu mövsüm Avstriya Bundesliqasında 8 oyuna 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə