Futbolçunun evinə oğru girdi

"Mançester Siti"nin portuqaliyalı futbolçusu Joao Kanselo və ailəsi evlərində oğruların hücumuna məruz qalıb. 4 oğrunun qurbanı olan Kanselo üzündən xəsarət alıb. SİA xarici mətbuata istinadən bildirir ki, İngiltərə Premyer Liqa komandalarından biri olan "Mançester Siti"də oynayan futbolçu Joao Kanselonun evində oğurluq hadisəsi baş verib. Evinə girən 4 oğrunun hücumuna məruz qalan ulduz futbolçu hadisəni sosial media hesabı ilə açıqlayıb. Oğrulara müqavimət göstərən Joao Kanselonun üzündə yaraların olduğu görülərkən, oğruların futbolçunun qiymətli əşyaları ilə qaçdığı bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə