Fənərbaxça” səfərdə xal itirdi

Fənərbaxça” səfərdə xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Sivasspor” - “Rizəspor” matçında qalib müəyyənləşməyib. Səfərdə “Hatayspor”la qarşılaşan “Konyaspor” inamlı qələbəyə sevinib. “Qaziantep” isə “Alanyaspor”u məğlub yola salıb.

Baş məşqçi Vitor Pereyra ilə yollarını ayıran “Fənərbaxça”nın budəfəki rəqibi “Fatih Karagümrük” olub. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Türkiyə Super Liqası

18-ci tur

21 dekabr

Antalyaspor – Kasımpaşa 1:1

Qol: Naldo, 38 – U.Bozok, 90+2.

Başakşəhər – Girəsunspor 3:1

Qol: D.Türüç, 17. Kaysara, 69. Vişça, 78 – Diarra, 28.

Adana Dəmirspor – Qalatasaray 2:0

Qol: Y.Akgün, 53; 58.

Altay – Trabzonspor 1:2

Qol: C.Karayel, 33 – Kornelius, 51; 88.

22 dekabr

Sivasspor – Rizəspor 1:1

Qol: Kayode, 72 – Pohyanpalo, 74.

Hatayspor – Konyaspor 1:3

Qol: Əl Kaabi, 3 – Mpoku, 29; 54. Koka, 90+2.

Qaziantep – Alanyaspor 2:1

Qol: F.Soyalp, 56. Dyedyu, 78-öz qapısına – Novais, 62.

Fatih Karagümrük – Fənərbaxça 1:1

Qol: Peşiç, 31 – M.Özil, 40-pen.

23 dekabr

18:00. Yeni Malatyaspor – Kayserispor

21:00. Beşiktaş – Göztəpə

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня