Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq

Bu gün "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının sahibi müəyyənləşəcək.

SİA xəbər verir ki, mükafatın təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək.

"Qızıl top"a 30 futbolçu iddialıdır. Bunlardan 1-i qapıçı, 5-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 14-ü isə hücumçudur.

Mükafata əsas namizədlər Almaniya "Bavariya"sından Robert Levandovski, Fransa PSJ-sindən Lionel Messi, İspaniya "Real Madrid"indən Kərim Benzema və İngiltərə "Mançester Yunayted"indən Kriştianu Ronaldudur.

Qapıçı: Canluici Donnarumma ("Milan", İtaliya / PSJ, Fransa),

Müdafiəçilər: Leonardo Bonuççi, Corcio Kyellini (hər ikisi "Yuventus", İtaliya), Ruben Diaş ("Mançester Sit", İngiltərə), Sezar Aspilikueta ("Çelsi", İngiltərə), Simon Kyaer ("Milan", İtaliya)

Yarımmüdafiəçilər: Nikolo Barella ("İnter", İtaliya), Luka Modriç ("Real Madrid", İspaniya), Kevin de Bröyne, Fil Foden, Riyad Mahrez (hamısı "Mançester Sit", İngiltərə), Jorjinyo, N Qolo Kante, Meyson Maunt (hamısı "Çelsi", İngiltərə), Pedri ("Barselona", İspaniya), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə)

Hücumçular: Lautaro Martines ("İnter", İtaliya), Kərim Benzema ("Real Madrid", İspaniya), Rahim Sterlinq ("Mançester Sit", İngiltərə), Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə), Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ, Fransa), Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya), Romelu Lukaku ("Çelsi", İngiltərə), Harri Keyn ("Tottenhem", İngiltərə), Robert Levandovski ("Bavariya", Almaniya), Jerar Moreno ("Vilyarreal", İspaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Luis Suares ("Atletiko", İspaniya).

Tədbirdə həmçinin ilin ən yaxşı qadın futbolçusuna "Qızıl top", ən yaxşı qapıçısına isə Lev Yaşin mükafatı təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə