Borussiya” qalib gəldi... “Leyptsiq” uduzdu

Borussiya” qalib gəldi... “Leyptsiq” uduzdu
Futbol üzrə Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilir. SİA Matc.az-a istinadən xəbər verir ki, şənbə günü daha altı qarşılaşma baş tutub.

Turnir cədvəlinin 2-ci pilləsində yer alan Dortmund “Borussiya”sı doğma meydanda “Ştutqart”ı qəbul edib və qələbə qazanıb. Mönhenqladbax “Borussiya”sının rəqibi isə autsayder “Qroyter” olub. Bu oyunda da meydan sahibləri qalib gəliblər. “Leyptsiq” isə “Hoffenhaym”a uduzub.

Almaniya Bundesliqası

12-ci tur

19 noyabr

Auqsburq – Bayern 2:1

Qol: Pedersen, 23. Han, 36 – Levandovski, 38.

20 noyabr

Arminiya – Volfsburq 2:2

Qol: Okuqava, 11. Klos, 54-pen – Veqorst, 62. Nmeça, 63.

Bayer – Bohum 1:0

Qol: Adli, 4.

Borussiya (Dortmund) – Ştutqart 2:1

Qol: Malen, 56. Roys, 85 – Massimo, 63.

Borussiya (Mönhenqladbax) – Qroyter 4:0

Qol: Hofmann, 9; 57. Noyhaus, 28. Plea, 43.

Hoffenhaym – Leyptsiq 2:0

Qol: Samasseku, 12. Dabbur, 68.

Union Berlin – Herta 2:0

Qol: Avoniyi, 8. Trimmel, 30.

21 noyabr

18:30. Frayburq – Ayntraxt

20:30. Maynts – Köln

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня