Azərbaycan boksçusu Alfonso Dominqes dünya çempionu tituluna yiyələnib. O, bu uğura Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda imza atıb.
SİA-nın məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 (28:29, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanan Asif Axundov klubunun üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən çempion üçün xüsusi kəmərə və 100 min dollar mükafata da sahib olub.
Tokio-2020-nin bürünc medalçısı həlledici görüşədək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB