“Barselona”nın son 19 il üçün ən pis göstəricisi

“Barselona”nın son 19 il üçün ən pis göstəricisi

...Deməli, “Barselona” İspaniya çempionatının sonuncu turunda öz meydanında “Alaves”lə heç-heçə (1:1) edib. Beləliklə, kataloniyalılar La Liqada mövsümün ilk 11 oyunundan sonra 16 xal toplayıblar. Deyim ki, bu “Barselona”nın 2002/03 mövsümündən bəri göstərdiyi ən pis nəticəsidir...yəni onlar, dediyimiz kimi, 11 oyundan sonra cəmi 16 xal toplayıblar.

Xatırladaq ki, 2002/03-cü illərdə “Barselona” çempionatı altıncı yerdə başa vurmuşdu.

Onu da deyək ki, “Alaves”lə oyun “Barselona” üçün Ronald Kumanın qovulmasından sonra ilk oyun idi. Qeyd edək ki, hazırda komandada baş məşqçi vəzifəsini Sergi Barhuan yerinə yetirir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə