Daha iki boksçumuz dünya çempionatının səkkizdəbir finalına yüksəlib

Daha iki boksçumuz dünya çempionatının səkkizdəbir finalına yüksəlib

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir. SİA xəbər verir ki, çempionatın beşinci günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb. İlk görüşdə Çarles Petit-Hommu (Haiti) mübarizədən kənarlaşdıran Tayfur Əliyev (60 kq) on altıdabir finalda italiyalı Simone Spada ilə üz-üzə gəlib. Boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib. T.Əliyev səkkizdəbir finalda Arslan Xatayevlə (Finlandiya) qarşılaşacaq. Görüş oktyabrın 31-də olacaq.

Onun qardaşı Sərxan Əliyev də dünya çempionatına qələbə ilə başlayıb. Belə ki, 71 kiloqram çəkidə rinqə çıxan boksçu Stefen Nevnsi (Şotlandiya) məğlub edib – 5:0. Səkkizdəbir finalda onun rəqibi yaponiyalı Yuta Akiyama olacaq. Bu görüş də oktyabrın 31-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə