Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə mübarizə aparacaq

Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin ikinci turunun oyunları keçiriləcək. SİA xəbər verir ki, yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

İkinci turda Ş.Məmmədyarov Maqnus Karlsenlə qarşılaşacaq. T.Rəcəbov isə ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Birinci turda Şəhriyar Məmmədyarov Uesli So (ABŞ), Teymur Rəcəbov Vladislav Artemyevə (Rusiya) uduzublar.

Qeyd edək ki, hər matçda dörd partiya oynanılır. Qalib müəyyənləşməsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur. Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...