Dadaşov Portuqaliyanın məşhur klubuna qarşı oynadı

Dadaşov Portuqaliyanın məşhur klubuna qarşı oynadı

Portuqaliya çempionatında 4-cü turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” bu turda səfərdə “Benfika” ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Renat da bu matçda iştirak edib. O, 77-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, “Tondela” 4 turdan sonra 3 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə