"Atletiko" Dieqo Simeone ilə müqaviləni uzadıb

"Atletiko" Dieqo Simeone ilə müqaviləni uzadıb

Son İspaniya çempionu "Atletiko" baş məşqçisi Dieqo Simeone ilə müqaviləni uzadıb.

SİA Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Simeone ilə yanaşı, məşqçilər korpusunun digər üzvlərinin də müqaviləsi uzadılıb.

Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə