Belçika millisi son Avropa çempionunu evə yola salıb

Belçika millisi son Avropa çempionunu evə yola salıb

Futbol üzrə Belçika millisi Avropa çempionatının 1/4 final mərhələsinə yüksəlib.
SİA xəbər verir ki, iyunun 27-də İspaniyanın Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda Belçika və Portuqaliya yığma komandaları üz-üzə gəliblər.
Almaniyalı baş hakim Feliks Brixin idarə etdiyi oyun Belçika millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Belçikalı futbolçu Torqan Azarın matçın 42-ci dəqiqəsində vurduğu yeganə qol komandasına 1/4 finalda iştirak hüququ qazandırıb.
Belçika millisi növbəti mərhələdə İtaliya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, İtaliya millisi 1/8 finalda Avstriya seçməsini 2:1 hesabı ilə məğlub edib və növbəti mərhələyə adlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə