CFR ardıcıl 4-cü dəfə futbol üzrə Rumıniya çempionu olub

Futbol üzrə Rumıniya çempionatında 2020-2021-ci il mövsümünün qalibi müəyyənləşib.
SİA CFR klubunun rəsmi saytına istinadla xəbər verir ki, bu klub "Botoşani"yə 1:0 hesabı ilə qalib gələrək titulu təmin edib. Kluj-Napoka təmsilçisi 51 xalla rəqibləri üçün əlçatmaz olub.
Beləliklə, CFR klubu ardıcıl 4-cü, ümumilikdə 7-ci dəfə ölkə çempionu adına yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə