MS doğma meydanda "Çelsi"yə uduzub, “Tottenhem”dən məğlubiyyət

MS doğma meydanda "Çelsi"yə uduzub, “Tottenhem”dən məğlubiyyət

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

“Tottenhem” “Lids” səfərinə yollanıb və turu məğlubiyyətlə başa vurub.

Elita ilə vidalaşan “Şeffild Yunayted” də “Kristal Pelas”la ev oyunundan məğlub ayrılıb.

“Liverpul” isə “Sauthempton”la ev oyununda inamlı qələbəyə sevinib.

Turun mərkəzi görüşündə Çempionlar Liqasının finalçıları - “Mançester Siti” ilə “Çelsi” komandaları “Etihad” stadionunda üz-üz gəliblər. Üç qolun qeydə alındığı bu oyunda “Çelsi” əzmkar qələbəyə sevinib.

İngiltərə Premyer Liqası

35-ci tur

8 may

Lids – Tottenhem 3:1

Qol: Dallas, 13. Bamford, 42. Rodriqo, 84 – Son, 25.

Şeffild Yunayted – Kristal Pelas 0:2

Qol: Benteke, 2. Eze, 88.

Mançester Siti – Çelsi 1:2

Qol: Sterlinq, 44 – Ziyeş, 63. Alonso, 90+2.

Liverpul – Sauthempton 2:0

Qol: Mane, 31. Alkantara, 90.

7 may

Lester Siti – Nyukasl 2:4

Qol: Olbrayton, 80. İheanaço, 87 – Uillok, 22. Dammet, 34. Uilson, 65; 74.

9 may

15:00 Vulverhempton – Brayton

17:05 Aston Villa – Mançester Yunayted

19:30 Vest Hem – Everton

22:00 Arsenal – Vest Bromviç

10 may

23:00 Fulhem – Bernli

Bütün xəbərlər Facebook səhifəmizdə