PSJ-dən növbəti 3 xal, “Lill” isə türkiyəli futbolçuların qolları ilə qələbə qazanıb

PSJ-dən növbəti 3 xal, “Lill” isə türkiyəli futbolçuların qolları ilə qələbə qazanıb

Futbol üzrə Fransa çempionatında 35-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha iki görüş baş tutub.

Lider “Lill” bu turda “Nitsa”nı, PSJ isə “Lans”ı sınağa çəkib. Paris təmsilçisi çətin qələbəyə sevinib. “Lill” isə türkiyəli futbolçularının vurduğu iki qolla inamlı qələbə qazanıb.

Fransa Liqa 1

35-ci tur

1 may

PSJ – Lans 2:1

Qol: Neymar, 33. Markinyos, 59 – Qanaqo, 61.

Lill – Nitsa 2:0

Qol: B.Yılmaz, 13. Z.Çelik, 56.

30 aprel

Olimpik (Marsel) – Strasburq 1:1

Qol: Benedetto, 86 – Mitroviç, 73.

2 may

15:00. Bordo – Renn

17:00. Brest – Nant

17:00. Dijon – Mets

17:00. Loryan – Anje

17:00. Nim – Reyms

19:05. Monpelye – Sent-Etyen

23:00. Monako – Olimpik (Lion)

Bütün xəbərlər Facebook səhifəmizdə