Azərbaycan Serbiyaya uduzdu - YENİLƏNİB

Azərbaycan Serbiyaya uduzdu - YENİLƏNİB

DÇ-2022-nin seçmə oyununda üz-üzə gələcək Azərbaycan və Serbiya yığmalarının start heyətləri açıqlanıb. SİA-nın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar...

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 18. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 13. Abbas Hüseynov, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani

Baş məşqçi: Canni De Byazi

Serbiya: 12. Rajković (GK) 2.Pavlović, 5.Spajić, 6.Maksimović, 7.Radonjić, 8.Gudelj, 9.A.Mitrović, 10.Tadić. C, 13.S.Mitrović, 17.Kostić, 20S.Milink

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək.

***

Azərbaycan və Serbiya milli komandaları arasında DÇ-2022-nin seçmə mərhələsinin A qrupunun III tur matçı başlayıb. Qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya seçməsi bu gün səfərdə Lüksemburqla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

30 mart

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

20:00. Azərbaycan - Serbiya - 1:2
Qol: Aleksandr Mitroviç, 16 (0:1), Emin Mahmudov, 60-pen. (1:1), Aleksandr Mitroviç, 81 (1:2)
Hakimlər: Roy Reynşreyber, David Biton, Saqi Metzamber, David Fuxman (hamısı İsrail).
Bakı Olimpiya Stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə