"Qarabağ"ın şikayəti təmin edilmədi

"Qarabağ"ın şikayəti təmin edilmədi

UEFA "Qarabağ" klubunun sabiq Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb.

SİA-nın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisinin müraciəti rədd edilib.

Nəticədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib.

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.

Xatırladaq ki, Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə də müraciət olunub. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə