“Sevilya” və “Barselona” İspaniya kubokunun 1/4 finalına vəsiqə əldə ediblər

Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha üç görüş baş tutub.

“Sevilya” “Valensiya” səddini darmadağınla keçib. Səfərdə “Rayo Valyekano” ilə qarşılaşan “Barselona” da sürprizə imkan verməyib.

“Almeriya” – “Osasuna” görüşündə isə əsas və əlavə vaxtda hesab açılmayıb. Bu üzdən də qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Almeriya” növbəti mərhələyə vəsiqə qazanıb.

İspaniya kuboku

1/8 final

27 yanvar

Sevilya – Valensiya 3:0

Qol: De Yonq, 20; 33. Rakitiç, 38.

Almeriya – Osasuna 0:0 (penaltilər 5:4)

Rayo Valyekano – Barselona 1:2

Qol: F.Qarsiya, 63 – Messi, 69. De Yonq, 80.

26 yanvar

Valyadolid – Levante – 2:4

Qol: Toni, 13. Vaysmann, 65 – Bardi, 23. Malsa, 45. Koke, 59.

Jirona – Vilyarreal 0:1

Qol: Pino, 19.

Betis – Real Sosyedad 3:1

Qol: Kanales, 79. B.İqlesias, 96; 111 – Oyarzabal, 13.

28 yanvar

22:00. Navalkarnero – Qranada

00:00. Alkoyano – Atletik

Bütün xəbərlər Facebook səhifəmizdə