“Mançester Yunayted” Medinaya qiymət qoydu

İngiltərənin “Mançester Yunayted” klubu müdafiə xəttini gücləndirməyə qərar verib.

SİA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi Fakunda Medinanı heyətinə qatmaq istəyir.

Fransanın “Lans” klubunda çıxış edən 21 yaşlı argentinalı Mançester təmsilçisinin transfer siyahısında yer alıb. Klub rəhbərliyi Medina üçün 11 milyon funt sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, Medina 2020-ci ildə “Talyeres”dən 3,15 milyona transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə