İbrahimoviç uzun fasilədən sonra meydana çıxdığı ilk oyunda dubla imza atıb - "Milan"dan qələbə

Futbol üzrə İtaliya A Seriyasında 18-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Lider “Milan” bu tur çərçivəsində “Kalyari” səfərinə yollanıb.

Zədədən yeni qayıdan Zlatan İbrahimoviç uzun fasilədən sonra meydana çıxdığı ilk oyunda dubla imza atmaqla komandasına inamlı qələbə qazandırıb.

İtaliya A Seriyası

18-ci tur

18 yanvar

Kalyari – Milan 0:2

Qol: İbrahimoviç, 7-pen; 52.

15 yanvar

Latsio – Roma 3:0

Qol: İmmobile, 14. L.Alberto, 23; 67.

16 yanvar

Bolonya – Verona 1:0

Qol: Orsolini, 19-pen.

Torino – Spetsiya 0:0

Sampdoriya – Udineze 2:1

Qol: Kandreva, 67-pen. Torreqrossa, 81 – De Paul, 55.

17 yanvar

Napoli – Fiorentina 6:0

Qol: İnsinye, 5; 72-pen. Demme, 36. Lozano, 38. Zelinski, 45. Politano, 89.

Sassuolo – Parma 1:1

Qol: Dyuriçiç, 90+5 – Kuçka, 37.

Krotone – Benevento 4:1

Qol: Qlik, 5-öz qapısına. Simi, 29; 54. Vuliç, 65 – Falke, 82.

Atalanta – Cenoa 0:0

İnter – Yuventus 2:0

Qol: Vidal, 12. Barella, 52.

Bütün xəbərlər Facebook səhifəmizdə