Bakının “Sabah” klubu daha bir futbolçu ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, bunun klubun mətbuat xidməti açıqlayıb.

Azərbaycan Premyer Liqasının ikinci hissəsinə hazırlaşan paytaxt təmsilçisi Ulisse Diallo ilə vidalaşıb. Malili hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, bakılılar bunadək Ozan Can Kökçünü icarəyə verib, Abbas Ağazadə və Yevgeni Koçukla yollarını ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...