Şahmatçımız festivalda üçüncü yeri tutub

Şahmatçımız festivalda üçüncü yeri tutub

Qazaxıstan Şahmat Federasiyasının təşkilatçılığı ilə XVI “Pavlodar Open-2020” şahmat festivalı keçirilib. SİA-nın məlumatına görə, festivalın rapid turnirində azərbaycanlı qrossmeyster Eltac Səfərli 7 xal toplayaraq üçüncü yeri tutub. Rusiyalı şahmatçılar Vladislav Artyomov 9 xalla birinci, Pavel Ponkratov 7,5 xalla ikinci yerdə qərarlaşıblar.

Onlayn turnirdə 84 şahmatçı mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə