“Qarabağ”la “Zirə” xal itirdi, “Neftçi” liderliyi ələ keçirdi

“Qarabağ”la “Zirə” xal itirdi, “Neftçi” liderliyi ələ keçirdi

Bu gün Azərbaycan Premyer Liqasında 20 günlük fasilə başa çatıb.

SİA xəbər verir ki, klubların heyətində koronavirusa kütləvi yoluxmaya görə təxirə salınmış 12-ci turun bütün oyunları bu gün keçirilib.

“Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Digər matçda "Sumqayıt" "Zirə" ilə heç-heçə edib - 2:2. "Səbail" isə səfərdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda “Neftçi” “Sabah”la qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib. Bu qələbə ilə "Neftçi" liderliyə yüksəlib.

20 dekabr (şənbə)

17:15. “Sabah” – “Neftçi” - 0:2
Qollar: Namiq Ələsgərov, 45+3-pen, 65
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev
“Bank Respublika Arena”

16:00. “Keşlə” –“ Səbail” - 0:2
Qollar: Urfan Abbasov, 11 (0:1), Əfran İsmayılov, 17 (0:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov
“ASK Arena”

16:00. “Zirə” – “Sumqayıt” - 2:2
Qollar: Murad Xaçayev, 11 (0:1), Ağabala Ramazanov, 56 (1:1), Rəhim Sadıxov, 57 (1:2), Qismət Alıyev, 62 (2:2)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

15:00. “Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: Filip Ozobiç, 51 (0:1), Rafael Utriq, 83 (1:1)
Qırmızı vərəqə: Rövlan Muradov, 70-iki sarı vərəqə ("Qəbələ")
Reallaşdırılmayan penalti: Uros Matiç, 15-ci dəq. ("Qarabağ") - qapıçı
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Neftçi 12 6 3 3 13-13 21
2 Qarabağ 11 5 5 1 28-8 20
3 Zirə 12 5 5 2 14-11 20
4 Sumqayıt 12 4 4 4 15-18 16
5 Səbail 11 3 4 4 13-13 13
6 Keşlə 12 3 4 5 12-18 13
7 Qəbələ 12 2 6 4 10-19 12
8 Sabah 12 3 1 8 11-16 10

Bombardirlər:

Namiq Ələsgərov ("Neftçi") - 8 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Əli Qurbani ("Sumqayıt") - 6 qol
Mahir Emreli ("Qarabağ") - 6 qol
Davit Volkov ("Zirə") - 4 qol
Rauf Əliyev ("Səbail") - 4 qol
Donald Qerye ("Qarabağ") - 4 qol
Ağabala Ramazanov ("Zirə") - 4 qol

Bütün xəbərlər Facebook səhifəmizdə