Azərbaycan millisi Qətər yığması ilə yoldaşlıq görüşləri keçirəcək

Azərbaycan millisi Qətər yığması ilə yoldaşlıq görüşləri keçirəcək
Azərbaycan millisi DÇ-2022-yə ev sahibliyi edəcək Qətər yığması ilə yoldaşlıq görüşləri keçirəcək. SİA-nın məlumatına görə, Canni de Byazinin yetirmələri Asiya təmsilçisi ilə 2 dəfə üz-üzə gələcək. UEFA son Asiya çempionunu dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün qətərlilər ev oyunları Avropada keçiriləcəklər. Yığmamız seçmə mərhələ pəncərəsi zamanı gələn il martın 27-də Qətərin qonağı olacaqsa, noyabrın 14-də bu komandanı qəbul edəcək. Qətər millisinin keçirəcəyi ev oyunlarının məkanı və saatı hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə