Kamran Əliyevin formasını geyindiyi “Ximki” Moskva ÇSKA-sı ilə heç-heçə edib

Kamran Əliyevin formasını geyindiyi “Ximki” Moskva ÇSKA-sı ilə heç-heçə edib
Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib. SİA xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Moskva ÇSKA-sı ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 2:2. Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb. 17 turdan sonra 19 xalı olan "Ximki" 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə