Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub

Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub

Bu gün Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı start götürüb.

SİA xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 idmançısı mübarizə aparıb. Kişilərin yarışında 2, qadınlarda isə 4 cüdoçumuz medallar uğrunda qüvvəsini sınayıb və onlardan yalnız biri - Orxan Səfərov fəxri kürsüyə yüksəlib.

Avropa çempionatı
Kişilər
66 kq
Kişilərin mübarizəsində 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda Moldova təmsilçisinə uduzub.
Orxan Səfərov isə yarımfinala qədər İtaliya, Slovakiya, Almaniya və Serbiya cüdoçularını məğlub edib. ) qızıl medal uğrunda görüşdə İsrail təmsilçisi Tal Flikerlə üz-üzə gəlib və qələbə qazanıb. Bununla, yığmamız ilk günü 1 medalla - qızıl medalla başa vurub.

Qadınlar
48 kq

Aişə Qurbanlı 1/8 final mərhələsində Distria Krasniç (Kosovo), Leyla Əliyeva isə Katarina Mentsi (Almaniya) ilə bacarmayıb.

52 kq
Mübarizəyə 1/16 finaldan başlayan Gültac Məmmədəliyeva da ilk görüşdəcə uduzub. O, Tetyana Levitska-Şukvani (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.

57 kq
Təmsilçimiz Aleksandra-Larisa Florian 1/8 finalda Sanne Verhageniyı (Niderland) məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə