Robert Levandovski dünyada ilin futbolçusu seçilib

Robert Levandovski dünyada ilin futbolçusu seçilib

“Bavariya”nın hücumçusu Robert Levandovski ilin futbolçusu seçilib.

SİA xəbər verir ki, "AS" nəşri xüsusi münsiflərin iştirakı ilə səsvermə keçirib. Nəticədə qalib Robert Levandovski olub.

Onun komanda yoldaşı Yosu Kimmix 2-ci, “Barselona”nın kapitanı Lionel Messi isə 3-cü olub.

Qeyd edək ki Levandovski ötən mövsüm Almaniya çempionatında 30 oyunda 34 qol vurub. O, Çempionlar Liqasında 10 oyuna çıxaraq, 15 dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə