"Başakşəhər"dən 2020/2021-ci il mövsümündə ardıcıl ardıcıl 3-cü məğlubiyyəti

Türkiyə Superliqasında 3-cü tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Son çempion "Başakşəhər" səfərdə "Fatih Karamgümrük"lə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Bu, "Başakşəhər"in 2020/2021 mövsümündə ölkə çempionatında ardıcıl 3-cü məğlubiyyəti olub.

"Fatik Karagümrük" - "Başakşəhər" - 2:0
Qollar: Roko, 47, Sabo, 90

"Fatih Karagümrük hazırda 7 xalla 1-ci, "Başakşəhər" 0 xalla sonuncu-21-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə