Usman Dembele “Barselona”dan uzaqlaşır

İspaniyanın “Barselona” klubu futbolçusu Usman Dembele ilə bağlı qərarını verib.

SİA-nın məlumatına görə, La Liqa təmsilçisi hücumçusunu satmağı məqsədəuyğun sayıb.

Kataloniya klubunun rəhbərliyi Dembeleni heyətdə saxlamaq istəmir. Bu səbəbdən də mövsümlərarası fasilədə oyunçu üçün yeni klub axtarılacaq.

Lakin bu heç də asan olmayacaq. Çünki fransalının tez-tez zədələnməsi və “Barselona”nın istəyəcəyi məbləğ buna əngəl ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...