Qalatasaray" son turda heç-heçə ilə kifayətlənib

Qalatasaray" son turda heç-heçə ilə kifayətlənib

Türkiyə Superliqasında mövsümün sonuncu - 34-cü turuna start verilib. SİA xəbər verir ki, turun açılış matçında "Qalatasaray" səfərdə "Antalyaspor"un qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb.

"Antalyaspor" – "Qalatasaray" - 2:2

Qollar: Kulembe, 19, Blanko, 90+2 – Saraççi, 58, Belhanda, 65-pen

Bu nəticədən sonra xalını 56-ya yüksəldən "Qalatasaray" hazırda 5-ci pillədə qərarlaşıb. İstanbul təmsilçisi ən pis halda 6-cı pilləyə düşəcək. "Antalyaspor" isə 45 xalla 8-cidir.

Qeyd edək ki, çempionluğu rəsmiləşdirən "Başakşəhər"ın 69 xalı var. "Trabzonspor" 62 xalla 2-ci, "Sivasspor" 60 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə