Mayın 7-dən 8-dək Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnir keçiriləcəkdir.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Belarus, Qazaxıstan, Özbəkistan və Ukrayna komandaları iştirak edəcəklər. 1991-1993-cü il təvəllüdlü idmançıların iştirak edəcəyi turnirdə 8 çəki dərəcəsində (50, 55, 60, 66, 74, 84, 96 və 120 kq) güclülər müəyyən ediləcək.
Turnirin proqramına əsasən, mayın 7-də qrup görüşləri, mayın 8-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcəkdir.
İlk üç yeri tutan komandalara Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı veriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB