“Milan” ikinci sıradakı "Latsio"ya qalib gəlməklə özünə və "Yuventus"a kömək edib

Futbol üzrə İtaliya A Seriyasında 30-cu tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Lider “Yuventus” turun açılış matçında Turində şəhərin digər komandası “Torino”nu qəbul edib. Beş qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri darmadağına seviniblər. “Sassuolo” da “Leççe”ni məğlub yola salıb.

Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Turnir cədvəlinin ikinci sırasında yer alan “Latsio” “Milan”ı qəbul edib. Milanlılar 3 cavabsız qolla üstün olublar.

İtaliya A Seriyası

30-cu tur

4 iyul

Yuventus – Torino 4:1

Qol: Dibala, 3. Kuadrado, 29. Ronaldo, 61. Djidji, 87-öz qapısına – Belotti, 45+6-pen.

Sassuolo – Leççe 4:2

Qol: Kaputo, 5. Berardi, 63-pen. Boqa, 78. Muldur, 83 – Lusioni, 27. Mankosu, 67-pen.

Latsio – Milan 0:3

Qol: H.Çalhanoğlu, 23. İbrahimoviç, 34-pen. Rebiç, 59.

5 iyul

19:15 İnter – Bolonya

21:30 Breşiya – Verona

21:30 Kalyari – Atalanta

21:30 Parma – Fiorentina

21:30 Sampdoriya – SPAL

21:30 Udineze – Cenoa

23:45 Roma – Napoli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...