19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə bu gün ilk oyununu keçirib. SİA-nın məlumatına görə, yığmamız İspaniyanın "Barselona" klubundan olan həmyaşıdları ilə qarşılaşıb.
Görüş komandamızın 2:4 hesablı məğlubiyyəti ilə nəticələnib. Millimizin heyətində Nurlan Novruzov və Kərim Diniyev fərqlənib.
U-19 turnirdə növbəti oyununu bu gün "Napoli" klubunun müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB