Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş media təmsilçiləri arasında voleybol turniri keçiriləcək - ELAN

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş media təmsilçiləri arasında voleybol turniri keçiriləcək - ELAN

May ayının 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü tamam olur. Siasport.az saytı xəbər verir ki, bu münasibətlə respublikamızda böyük kütləvi tədbirlərin, mərasimlərin keçirilməsi nəzərdə tutulur. "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetləri də ulu öndərimizin doğum günü münasibətilə kütləvi informasiya vasitələri arasında voleybol yarışları təşkil etməyi planlaşdırır. Yarışın keçirilməsində məqsəd xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin təbliğ olunması, Onun Azərbaycan dövlətçiliyinin xilas olması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərinin ictimaiyyətə daha geniş çatdırılmasına dəstək vermək, həmçinin, media təmsilçiləri arasında əməkdaşlığı və həmrəyliyi möhkəmləndirməyə nail olmaq, eyni zamanda, son illərdə ölkəmizdə böyük inkişaf yolu keçmiş idman növlərindən biri olan voleybolun kütləviləşdirilməsinə, bu idman növünə marağın daha da artırılmasına xidmət göstərməkdir.

Qeyd edək ki, turnirin sponsoru Azərfon MMC şirkətidir.

Yarışı Azərbaycan Voleybol Federasiyasının təyin etdiyi hakimlər idarə edəcək. Turnirin sonunda 1, 2 və 3-cü yeri tutmuş komandalar mükafatlandırılacaq. Yarışda iştirak könüllüdür və Azərbaycanın bütün KİV kollektivləri turnirə dəvətlidirlər. Turnirdə iştirak etmək istəyən KİV-lər aprel ayının 15-dək yarışın təşkilat komitəsinə müraciət etməlidirlər. Oyunlara isə aprelin 18-də start veriləcək.

 

Qruplar

A qrupu

1. "İki Sahil" qəzeti

2. AzərTAc

3."Bakı Xəbər" qəzeti

4. "Paritet"

 

B qrupu

1. "Yeni Azərbaycan" qəzeti

2. "Xalq cəbhəsi" qəzeti

3. "Xalq" qəzeti

4. Lider TV

 

C qrupu

1. "SİA"+ "Səs" TV

2. İTV

3. "Kaspi" qəzeti

4. ATV

 

D Qrupu

1. "Səs" qəzeti

2. "Mövqe" qəzeti

3. "Azərbaycan müəllimi" qəzeti

4. "Palitra" qəzeti

 

A1-D2

A2-D1

B1-C2

B2-C1

 

Qrup mərhələsinin oyunlarını və matçların başlanma vaxtını nəzərinizə çatdırırıq:

21 aprel

Saat 16:00 "İki sahil" - "Paritet" (A qrupu)

Saat 16:40 AzərTAc - "Bakı xəbər" (A qrupu)

Saat 17:20 "Xalq Cəbhəsi" - "Xalq qəzeti" (B qrupu)

Saat 18:00 "Mövqe"+Futbol+qol - "Azərbaycan müəllimi" (D qrupu)

Saat 18:40 "SİA"+ "Səs" TV - ATV (C qrupu)

Saat 19:20 "Səs" - "Palitra" (D qrupu)

Saat 20:00 "Yeni Azərbaycan" - Lider TV (B qrupu)

Saat 20:40 İTV - "Kaspi" (C qrupu)

 

22 aprel

Saat 16:00 "İki sahil" - AzərTAc (A qrupu)

Saat 16:40 "Paritet" - "Bakı xəbər" (A qrupu)

Saat 17:20 "Yeni Azərbaycan" - "Xalq qəzeti" (B qrupu)

Saat 18:00 "SİA"+ "Səs" TV - İTV (C qrupu)

Saat 18:40 "Səs" - "Mövqe"+Futbol+qol (D qrupu)

Saat 19:20 "Palitra" - "Azərbaycan müəllimi" (D qrupu)

Saat 20:00 "Xalq Cəbhəsi" - Lider TV (B qrupu)

Saat 20:40 ATV - "Kaspi" (C qrupu)

 

23 aprel

Saat 12:00 "İki sahil" - "Bakı xəbər" (A qrupu)

Saat 12:40 AzərTAc - "Paritet" (A qrupu)

Saat 13:20 "Səs" - "Azərbaycan müəllimi"(D qrupu)

Saat 14:00 "Yeni Azərbaycan" - "Xalq cəbhəsi" (B qrupu)

Saat 14:40 "Mövqe"+Futbol+qol - "Palitra" (D qrupu)

Saat 15:20 "SİA"+ "Səs" TV - "Kaspi" (C qrupu)

Saat 16:00 "Lider TV" - "Xalq qəzeti" (B qrupu)

Saat 16:40 İTV - "ATV" (C qrupu)

 

Əlaqə telefonları:   

 (012) 498-78-03 (şəhər nömrəsi)

 (055) 298-11-33 (mobil)

Bütün xəbərlər Facebook səhifəmizdə