Futbol üzrə İtaliya A Seriyanın daha bir oyunu koronavirusa görə təxirə salınıb.
SİA-nın məlumatına görə, bu gün keçirilməsi planlaşdırılan "Sampdoriya" - "Verona" matçı baş tutmayacaq. Görüş mayın 13-nə təyin olunub.
Daha öncə təşkilatçılar fevralın 29-da və martın 1-dəki turun beş oyununu təxirə salıb.
Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 1 000 nəfəri ötüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB