Mançester Siti” ardıcıl üçüncü dəfə İngiltərə kubokunun qalibi olub

Mançester Siti” ardıcıl üçüncü dəfə İngiltərə kubokunun qalibi olub

Futbol üzrə İngiltərə kubokunun final görüşü keçirilib.

SİA xəbər verir ki, "Uembli" stadionunda keçirilən görüşdə "Aston Villa" klubu "Mançester Siti" ilə üz-üzə gəlib. Görüş Mançester təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 20-ci dəqiqədə Serxio Aquera açıb. Qoldan 10 dəqiqə sonra Rodri dəqiq baş zərbəsi ilə hesab arasındakı fərqi iki topa çatdırıb. Birinci hissənin başa çatmasına dörd dəqiqə qalmış "Aston Villa" qollardan birinin əvəzini çıxıb. Mvana Samatta adını tabloya yazdırıb. Fasilədən sonra hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Beləliklə, "Mançester Siti" ardıcıl üçüncü, tarixində isə yeddinci dəfə İngiltərə kubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə