Gimnastımız Dünya Kubokunun finalında

Azərbaycan tamblinqçisi Fərid Mustafayev Bakıda start götürən Dünya Kubokunun finalına vəsiqə qazanıb.

SİA-nın məlumatına görə, yarışa təsnifat mərhələsindən başlayan 18 yaşlı idmançı iki cəhdin nəticəsinə əsasən, hakimlərdən 60.900 xal alaraq 11-ci yeri tutsa da, adını həlledici mərhələyə yazdırıb.

Qaydalara əsasən, finala bir ölkənin maksimum 2 təmsilçisi yüksələ bilər. Mustafayevdən əvvəlki yerlərdə Rusiyanın 4, ABŞ-ın 3 təmsilçisi qərarlaşıb. Bu isə o deməkdir ki, Rusiyanın 2, ABŞ-ın 1 təmsilçisi mübarizəni dayandırmalı olub. Nəticədə Azərbaycan idmançısı ilk "səkkizliy"ə daxil olub.

Finalda Qazaxıstanın 2, Avstraliyanın isə 1 təmsilçisi də mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə