Konor Makqreqor Serrone ilə döyüşünə günlər sayır

Konor Makqreqor Serrone ilə döyüşünə günlər sayır

İki çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqor (21-4) Donald Serrone (36-13) ilə döyüşünə 10 gün qalmış həqiqi fiziki formasını göstərdi. SİA-nın xəbərinə görə, Makqreqor döyüşün vaxtına işarə edərək öz ​​instaqramında "11 gün qaldı" deyə fotolarına şərh yazıb.

Xatırladaq ki, görüş yanvarın 18-də T-Mobile arenasında keçiriləcək. Las Veqasda təşkil olunan turnirə Nevada və UFC 246 rəhbərlik edəcək.

Qeyd edək ki, Serrone ilə mübarizə, Makqreqor üçün UFC ağır çəki dərəcəsində (77 kq-a qədər) üçüncü olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə