"Azərbaycan idmançıları üçün 2019-cu il də uğurlu keçdi" Azad Rəhimov

"Azərbaycan idmançıları üçün 2019-cu il də uğurlu keçdi" Azad Rəhimov

"Bakıda 60-dan çox beynəlxalq yarış olub. Milli komandalarımız 243 beynəlxalq yarışda mübarizə aparıblar. Yığmalar üçün 118 təlim-məşq toplanışı təşkil edilib. Hazırda isə 45 Olimpiya İdman Kompleksi fəaliyyətdədir". SİA-nın məlumatına görə, bu sözləri idman ilinin yekunları ilə bağlı tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov bildirib.

Toplantıda çıxışını davam edən nazir vurğuladı ki, "45 Olimpiya İdman komleksi idmançılara xidmət göstərir. Tərtər, Yardımlıda da idman kompleksləri açılışa hazırdır. Goranboy, Neftçala İdman Kompelslıərinin tikintisi davam edir. Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Lənkəran, Astara, Beyləqan, Balakən kimi rayonlardan idmançılarımız yarışlarda yer alıb"

A. Rəhimov 2019-cu ilin Azərbaycan idmançıları üçün uğurlu alındığını da qeyd edib. Onun sözlərinə görə, milli üzvləri il ərzində beynəlxalq arenada 775 medal qazanıblar: "Onlardan 327-si olimpiya idman növlərinin payına düşür. Bu o deməkdir ki, bayrağımız gün ərzində ən azı 2 dəfə dalğalanıb. II Avropa Oyunlarda 28 medal əldə edilib. Bakıda bir sıra mühüm idman yarışları keçirilib. Gənclərin Yay Olimpiya Festivalına ev sahibliyi etdik".

Nazirin sözlərinə görə, 2020-ci il də Azərbaycan idmanı üçün zəngin olacaq: "Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq davam edir. Artıq bir sıra idman növlərində lisenziyalar əldə olunub. "Bakı AVRO-2020"nin 4 oyununa və "Formula 1"ə ev sahibliyi edəcəyik. Karate üzrə Avropa çempionatı da Azərbaycanda olacaq. Həmçinin gimnastika üzrə Dünya Kuboku olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə