"Tuzlaspor"-"Qalatasaray" matç sonrası soyunma otağının girişindəki oyunçular arasında dava düşüb. SİA-nın məlumatına görə, "Qalatasaray"ın təcrübəli qapıçısı Fernando Musleranın matçın ardından "Tuzlaspor"lu Gökhan Çıranın yanına gedərək mübahisə yaratdı. 23 yaşlı Gökhan Çıranın yumruqlarla cavab verməsi iki komanda arasında davanın düşməsinə səbəb olub. Hadisəyə müdaxilə edən polis qüvvələri sahəyə girəndən sonra iki komanda oyunçuları ayrıca soyunma otağına getdilər.
Xatırladaq ki, Ziraat Türkiyə Kuboku V dövr cavab oynunda "Qalatasaray", səfərdə qarşılaşdığı "Tuzlaspor"u 4-0 hesabla məğlub edib. Bu hesabla "Qalatasaray" Ziraat Türkiyə Kubokunun son 16 turuna yüksəlmiş oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB