UFC Həbib Nurməhəmmədovun döyüş vaxtını açıqlayıb

UFC Həbib Nurməhəmmədovun döyüş vaxtını açıqlayıb

Həbib Nurməhəmmədov amerikalı Toni Ferqusonla döyüşdə titulunu qoruyacaq. SİA-nın məlumatına görə,UFC tərəfindən təşkil olunmuş döyüş 2020-ci iliin aprelin 18-də Nyu-York şəhərində keçiriləcək.
Bu UFC-nin, 2015-ci ildən başlayaraq Həbib Nurməhəmmədov və Tonyi Ferquson arasında döyüş təşkil etmək üçün beşinci cəhddir.

Karyerası ərzində 31 yaşlı Nurməhəmmədov 28 döyüş keçirib, hər birində qalib gəlib. 35 yaşlı Toni Ferquson da 28 döyüş keçirib: 25-də qalib gəldi, 3-də məğlub oldu. Hər iki idmançının UFC-də qazandığı 12 qələbəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə