Paşayevin iştirakçısı olmadığı görüşdə komandası səfər qələbəsinə sevinib

Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Dnepr-1” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Paşayev bu görüşün iştirakçısı olmayıb. O, sarı vərəqə limitini doldurduğu üçün bu matçı buraxmaq məcburiyyətində qalıb.

“Aleksandriya” 18 turdan sonra 33 xalla 12 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə