“Azərbaycan” komandası Türkiyənin Çorum şəhərində 16 yaşadək idmançılar arasında keçirilən Şahmat Olimpiadasına qələbə ilə başlayıb. SİA-nın məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən əsas yığmanın üzvləri – “Azərbaycan” komandası Monqolustan yığmasına 3:1 hesabla qalib gəlib. Yarışda çıxış edən digər komandamız – “Azərbaycan-Naxçıvan” şahmatçıları isə ilk turda məğlub olublar (1:3).
Əlliyə yaxın komandanın mübarizə apardığı Olimpiada noyabrın 6-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB