Çempionlar Liqasında növbəti üç mövsümün final oyunlarını qəbul edəcək stadionlar müəyyənləşib

Çempionlar Liqasında növbəti üç mövsümün final oyunlarını qəbul edəcək stadionlar müəyyənləşib

Çempionlar Liqasının növbəti üç mövsümünün final oyunlarını qəbul edəcək stadionlar müəyyənləşib.

SİA-nın məlumatına görə, bu barədə qərar UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında verilib.

2021-ci ildə qitənin ən nüfuzlu klub turnirinin həlledici oyunu Rusiyanın Sankt-Peterburq şəhərindəki “Zenit” stadionunda baş tutacaq. Növbəti mövsümdə isə qalib Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da bəlli olacaq.

İcraiyyə Komitəsi 2023-cü ildəki finalı İngiltərə paytaxtı Londona verib. Həlledici qarşılaşma “Uembli”də oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə