Gimnastlarımız gümüş medal qazanıblar

Portuqaliyanın paytaxtı Lissabonda akrobatika gimnastikası üzrə dünya kuboku yarışları keçirilib. SİA-nın xəbərinə görə, 12 ölkədən idmançıların qatıldığı turnirdə Azərbaycanı Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü təmsil ediblər.

Gimnastlarımız final çıxışlarında 29.500 xal toplayaraq turnirin gümüş medalına sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə