Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) keçmiş prezidenti, FİFA-nin sabiq vitse-prezidenti Xuan Anhel Napout futbol faəliyyətindən ömürlük kənarlaşdırılıb. FİFA-nın rəsmi saytında yer alan məlumatda deyilir ki, sözügedən qərar qurumun etika komitəsinin arbitraj palatası tərəfindən qəbul edilib. Napout rüşvət almaqda günahkar bilinib. O, həmçinin, 1 milyon İsveçrə frankı məbləğində cərimələnib. Qeyd edək ki, Anhel Napout 2015-ci ildə FİFA-da çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB