Dünya çempionatında iştirak edəcək atletlərimizin adları bilindi
Qətərin paytaxtı Dohada keçiriləcək atletika üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan idmançılarının siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, ölkəmizi Dohada üç təkanla tullanma yarışlarında Nazim Babayev və Aleksis Kopello təmsil edəcəklər.
Çempionatda çəkicatma növü üzrə Anna Skidan, marafon yarışlarında isə Evans Kiplaqat mübarizə aparacaqlar.
Komandamız sentyabrın 13-dən 25-dək dünya çempionatına hazırlıq məqsədilə Antalyada təlim-məşq toplanışı keçəcək.
Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatı sentyabrın 26-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB