“US Open – 2019” turnirinin qadın finalçıları məlum olub

“US Open – 2019” turnirinin qadın finalçıları məlum olub

“Böyük dəbilqə” seriyasından olan ABŞ açıq birinciliyinin “US Open – 2019” turnirinin finalçıları aydınlaşıb. SİA-nın məlumatına görə, turnirin həlledici görüşündə ABŞ tennisçi Serena Vilyamsla kanadalı Byanka Andresku üz-üzə gələcək.

Serena Vilyams yarımfinalda Elina Svitolinanı (Ukrayna), Byanka Andresku isə İsveçrə təmsilçisi Belinda Beçiçi mübarizədən kənarlaşdırıb.

Final görüşü sentyabrın 7-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə