"İnter"in futbolçusu Mauro İkardi "Yuventus"a keçməyə yaxındır. "La Gazzetta dello Sport" nəşrinin yazdığına görə, Turin klubunun hücumçusu Kriştiano Ronaldo argentinalı oyunçunun komandaya transfer olunmaq variantını bəyənib. O hesab edir ki, İkardi ilə mükəmməl ikili olacaqlar. 34 yaşlı oyunçu İkardinin ona qol vurmaq üçün epizodlar yaradacağına inanır. Ancaq bu keçiddən əvvəl "Yuventus" hücumçusu Paulo Dibalanı satmalıdır. "Mançester Yunayted"ə transfer olunmaq istəməyən argentinalı hücumçu ilə PSJ-nin maraqlandığı iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB